Dr. Xeyale ZERRABGIZI

Dr. Xeyale ZERRABGIZI

[email protected]

Professor Elçin İsgəndərzadənin ən ali əsəri...

29 Kasım 2023 - 09:16


Böyük Nazim Hikmət deyir ki, “Mutluluk səhər işə, axşam evə tələsməkdir”. Ustadım, ailə dəyərlərini həyatındakı hər  dəyərdən, aldığı hər ali dərəcədən uca tutan Professor Elçin İsgəndərzadə və onun bütün şərəfli ömrünü və "Eşq" kitabını həsr etdiyi dəyərli xanımı, nur üzlü, saf uşaq məsumiyyətini hələ də qoruyan mələk simalı Afət xanım bütün varlığıyla o mutluluğun formulu və “Ailə kiçik dövlətdir” deyiminin açarıdır mənim ürəyimdə... Bu iki gözəl insanın sevgi və ilahi anlayışla bina etdiyi ailəni həmişə özümə və bütün gəncliyimizə örnək olaraq düşünmüşəm. 
1946-cı ildə Texasda dərc olunan “The Port Artur News” qəzetində Marill Frost haqqında maraqlı bir məqalə dərc olunur. “Amerika futbolu” idman növündə qazandığı nailiyyətlərə görə o, “ən yaxşı idmançı” adına layiq görülür. Marill özü isə bu hadisəni belə şərh edir: “Mən güclü kişi deyiləm, arxamdakı qadın
güclüdür...” Nədənsə bu sətirləri qələmə aldıqca Marill Frostun o fikri mənə Elçin müəllimin vəfalı yarı, dəyərli Afət xanımı xatırlatdı...
Professor Elçin İsgəndərzadə altına imzasını qoyduğu elmi nailliyyətlərin mənəvi güc qaynağını, poetik yaradıcılığının ilham mənbəyini həmişə Afət xanımın varlığına bağladığı üçün ürəklə deyə bilərik ki,
Afət xanım öz üstləndiyi ilahi missiyanı bir ömür uzunu çox şərəflə yerinə yetirib. EIçin müəllimin  arxasında dayanan zərif, qayğıkeş, təvazökar, sevgi və hüzur dolu xanımdı Afət Xanım – saf çöhrəsi ilahinin ən gözəl nuru ilə süslənmiş, Elçin müəlimə təkcə həyat yoldaşı yox, həm də ömür sirdaşı kimi arxa-dayaq olan Arxadakı Qadındı...
Arxadakı Qadın – ön cəbhəni qoruyana dayaq olan arxa cəbhədəki əsgərdir...
Arxadakı Qadın – səhnədə, öndə sadəcə əməyi görünən, özü isə fonda o möhtəşəm səhnəni yaratmaq üçün min bir əziyyətə qatlaşan rejissordu...
Arxadakı Qadın – yaranışından çiyninə qorumaq missiyasını götürəndi.
Arxadakı Qadın – dünyanın bu “qaçaqaç”ında, hamının yaddaşına virus düşdüyü, haqq itirdiyi bir zamanda haqqı və ədaləti əyilməyə qoymayan, ailə dəyərlərini öz səbri, əsaləti ilə bərqərar edən mizan tərəzidi...

Arxadakı Qadın – Ailə Qalasının Qapısıdır. Dünyanın ən böyük çətinliklərinə sinə gərən, bütün eybəcərliklərin üzünə çırpılan, yaxşıların, doğruların üzünə daim açıq olan, həm də qucaq açdığını Qala kimi qoruyandı.
Arxadakı Qadın – İşıqdı... Üzünün nuruyla qaranlığı aydınlatandı...
Arxadakı Qadın – yasəmən qoxuyan Afət xanımdı!
Mən Afət xanımın bu müqəddəsliyi – Qadın və Ana ucalığı, nurlu üzü, böyük ürəyi qarşısında baş əyirəm!
İnsanların bir aylıq karantində bir damın altını paylaşmağa təhəmmül edə bilmədiyi bir mühitin içində 40 ilə yaxın Ailə adlanan ömür karvanını  keşməkeşli yollarda büdrəməyə qoymayan, bu cür qoruyub  saxlayan Sizləri tanımaq, Sizin kimi insanların – ailələrin varlığını duymaq ayrıca bir səadətdir...
Mirzə Ələkbər Sabir nə gözəl deyib: Həqiqi Valideynin ən şərəfli bəzəyi yetişdirdiyi çoçukdur... Professor Elçin İsgəndərzadənin Azərbaycan mühitində qazandığı bütün statuslardan ən Ucası Ləyaqətli övladlar yetirən Ata və mükəmməl Ailə başçısı adıdır... İnsan üçün bu statusdan daha uca, ali məqam nə ola bilər ki?! Elçin Müəllim Aydan xanım və Ayşən xanım kimi öz dəsti-xətti, öz yolu olan iki ziyalı xanım və  zəngin dünyagörüşlü, sağlam məfkurəli, yüksək əxlaqlı Əli kimi  İslam adlı, Turan qanadlı, Türk məfkurəli ilahidən nur kimi yaraşıqlı oğul böyüdüb ocağında...Tanrı qorusun!
18 il bundan öncə təqvimin bu günkü tarixi 28 noyabrda  Əlinin dünyaya gəlişi ilə İsgəndərzadələr ailəsinə bir Nur payı əta edib Uca Tanrı... Tanrı o işığı Afət xanıma, Elçin müəllimə gözüdolusu versin!  Dəyərlim Əli, Canım bildiyim, qanım bildiyim, qan bağından ötə bir doğmalıqda sevdiyim Əziz Qardaşım! TANRI Sənə gözəl olan hər şeyi verib: Duru çöhrə, bir cüt dumduru göz və o gözlərin su içdiyi dumduru çeşmə qəlb - manqal ürək... Tanrı doğrudan da yaratdığı gözəlliklərdə təcəlla edir...Qardaşım! Nə gözəl aynasan Sən! 
Bir Atanın - bir Ananın, evin, ocağın hər üzünü öz nurlu çöhrəsində şəkilləndirən, əks etdirən Bənzərsiz bir Ayna! Həmişə saflığa, paklığa, hüzura,sayğıya Ayna ol, Əzizim! Doğum günün mübarək olsun, Əli!
Yaxşı ki varsınız, Əzizlərim! Dəyərləri itən, insanları bozlaşan bu dünyada nə yaxşı ki varlığı ilə rəngləri və işığı öləziməyə qoymayan Sizlər varsınız. Nə yaxşı Varsan! – deyə bildiyimiz adamlar bizə Allahın ən böyük ərməğanıdı...
Həzrəti peyğəmbərimizdən soruşurlar ki, Dini bir sözlə necə ifadə etmək olar? Deyir ki: “təsəlli” sözü ilə. Bu çətin dünyamızda, mənəviyyatın aşındığı, əxlaqi dəyərlərin alt – üst olduğu, insanlığın çat verdiyi bir zamanın və mühitin içində Sizin kimi insanı tanımaq, varlığını hiss etmək, sözün həqiqi mənasında insana təsəlli olur. Şərəfini, ləyaqətini, ailə dəyərlərini beş paraya dəyişənlərin nəfəs aldığı bir toplumun içində Sizin kimi öz təmiz dünyasına çəkilib, özünün, sözünün, ruhunun, adının, ailəsinin paklığını – Tanrı əmanəti kimi qoruyan bir cütlüyün (sözün həqiqi mənasında isə bir Bütövün...) varlığını bilmək adama təsəlli olur. Yüz acını da udursan bir şirinin xətrinə. Düşünürsən ki, bu torpaq professor Elçin İsgəndərzadə keyfiyyətdə və Afət Xanım ləyaqətdə qutsal və uca, bir ürəkdə, bir ruhda, bir canda birləşə, bütövləşə bilən, BİR olmağı bacaran İnsanları yetirə bilibsə, demək ki, hələ sabaha və yaşamağa ümid qalır...
Xəyalə Zərrabqızı
Filologiya üzrə fəlsəfə doktoru
28 noyabr 2023

Reklam

FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum