Dr. Xeyale ZERRABGIZI

Dr. Xeyale ZERRABGIZI

[email protected]

"Humay Milli Mükafatı"nın ən layiqli ünvanı...

16 Aralık 2023 - 15:13

“Humay Milli Mükafatı”nın ən layiqli ünvanı...



“Humay”  - Müstəqil Azərbaycan Respublikasının təsis etdiyi ilk milli mükafatdır. Humay mükafatının rəmzi Humay ilahəsidir. Bu mükafat onunla simvollaşır ki, mükafatın adını daşıdığı Humay ilahəsi mədəniyyətimizi və bütün xalqımızı hifz edən ilahi qüvvə, öz qanadları altına alan müqəddəs varlıq kimi anlaşılır.
Xoş bir təsadüfdür ki, bu il Humay milli mükafatının layiq görüldüyü laureat Xuraman xanım Muradova elə mükafatın adını daşıyan Humay ilahəsinin bütün keyfiyyətlərini öz uca varlığında birləşdirir.
Zəngin dünyagörüşü, dərin bilgiləri, hərtərəfli savadı, istedadlı şair və yazıçı qələmi, yüksək intellekti, alnının təri, istirahətsiz ömrü, xəmiri halallıqdan yoğrulmuş əllərinin əməyi, halal zəhməti, fədakar ürəyi və cəmiyyətimizdə xeyirxahlığın simvoluna çevrilmiş dünya boyda böyük ürəyi, bütün insanlığa örnək olası işıqlı əməlləri ilə Ali Baş Komandanımız İlham Əliyevin siyasətini hər zaman bir əsgər kimi dəstəkləyən Xuraman xanıma ünvanlanan bu mükafat Onun ana südü kimi halal haqqıdır.
Şəhid analarımızın, şəhid ailələrimizin, qazilərimizin hər zaman yanında olan Xuraman xanım Muradova onların sağlamlığı ilə bağlı müraciət etdiyi bütün məsələlərdə rəhbərlik etdiyi “Vip Milana Hospital”da təmənnasız xidmət göstərmiş, eyni zamanda şəhidlərimizin bizə əmanət qoyduğu balalarının – çoxlu sayda şəhid övladının təhsil haqqını ödəməklə onların üzərindən maddi-mənəvi qayğısını heç zaman əsirgəməmişdir.
Dünya şöhrətli Xalq yazıçımız Çingiz Abdullayev bu qədər yüksək insani keyfiyyətlərini vurğulayaraq “Humay Milli Mükafatı”nı Xuraman xanıma təqdim etməkdən son dərəcə məmnunluğunu dilə gətirmişdir. Xalq yazıçısı Çingiz Abdullayev bildirmişdir ki, Xuraman xanımın ədəbiyyat sahəsində xidmətləri ilə bütün fəaliyyətlərini yanaşı götürəndə ürəklə deyə bilərik ki, “Xuraman xanım Muradova “Humay” Milli Mükafatının laureatı olan ən layiqli namizəddir.
Xuraman xanım həm Azərbaycan Yazıçılar Birliyinin üzvü olmaqla bərabər həm də Türkiyə Yazarlar Birliyinin üzvüdür. Azərbaycanda “Sənə məktub yazacam” kitabı sevildiyi qədər də elə eyniadlı mahnısı ilə bütün türk dünyasına səs salan Xuraman xanımın şeirləri öz axıcılığı, gözəl ahəngi, məlahətliliyi ilə ürəklərə yol tapıb. Türkiyədə bir-birinin ardınca çap olunan “Sana mektub yazacağım”, “Ay Laçın, Can Laçın” kitabları, təltif olunduğu “Türk dünyası Onur medalı”, “Uluslararası Altın yıldız medalı” və Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru seçilməsi  Xuraman xanım Muradovanın ədəbi yaradıcılığına, poeziyasına və şəxsiyyətinə bütün Türk Dünyasında verilən yüksək dəyərin təzahürüdür.
         Həmin təqdimetmə mərasimində xüsusilə diqqətimi çəkən bir məqamı qeyd etmək istəyirəm: Mükafatın rəmzi olan Humay ilahəsini və diplomları Çingiz Abdullayevdən qəbul etdiyi anda səhnədə  Xuraman xanımın başı üzərində qeyri-adi bir  işıq parlayır. Həmin tədbiri əks etdirən fotolarda da söylədiyim bu məqam aydınca görünür. Yuxarıdan düşən işıq Xuraman xanımın bəyaz örpəyini və mələk simasını nura boyayır. Mən Allaha və onun Yer üzərinə göndərdiyi işarələrə inandığım üçün  gözlərimlə gördüyüm, ağlımla dərk etdiyim, bütün qəlbimlə inandığım bir həqiqəti söyləyəcəyəm: Bəli, Xuraman Xanım təpədən-dırnağa İşıq Xatundur... Qaranlığımızı aydınlatmaq, bizi doğru yola çıxarmaq üçün, imanıyla, əxlaqıyla, üzünə yansıyan zəngin qəlb dünyasıyla, bütün varlığıyla insanlığı xeyirə yönəldən İşıq Xatun... Zəkasının işığı ilə misra-misra  şeir kimi qələmə aldıqları isə ilahi vəhyin pıçıltılarıdır.
Tanrı Xuraman xanımın ürəyinin, ruhunun, qələminin, qəlbinin - Varlığının İşığını bütün Türk dünyasına gözüdolusu versin!
Xəyalə Zərrabqızı
 

Reklam

FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum