Dr. Xeyale ZERRABGIZI

Dr. Xeyale ZERRABGIZI

[email protected]

Adı kimi böyük Adam...

02 Nisan 2024 - 19:02

 
Adı kimi böyük Adam...

Dr. Hayale Zerrabkızı hanımefendi Azerbaycan medeniyyetinin, devletinin inkişafında büyük hizmetlerde bulunan çok değerli ziyalı, emekdar incesenet hadimi, devlet görevlisi, zengin monoqrafik araşdırmalar ve kitablar müellifi professor Adalet Veliyev hakkında yazdı.

Söz halallıqdır... Söz dəyərdir… Söz hikmətdir… 
Bu gün sözünün çəkisini, ilahinin verdiyi ömür payının və  məsləyinin halallığını ən uca dəyər kimi qoruya bilən və öz şəxsində dəyər anlayışını bütövləşdirən Respublikamızın əməkdar incəsənət xadimi, professor, işıqlı insan, dəyərli ziyalımız Ədalət Vəliyev müdriklik nərdivanının 65-ci məqamından yaşadıqlarına nəzər salır. Zirvədən yaşananlara boylananda geridə işıqlı bir cığır açmağı, şərəfli bir yol salmağı adamın bərqərar olduğu məqamı daha da ucaldır. Düşünürsən ki, bütün çətinliklərə rəğmən alın açıqlığı ilə bu uzunluqda yolu qət eləyə bilmişəmsə, demək ki, yaşamağa dəyər… Və bu gün o yolun enişini, yoxuşunu, çalasını, çökəyini, cəfasını, səfasını xatırlayanda vicdanın başının altındakı qu tükündən balış kimi Səni dinləndirir, ruhuna rahatlıq gətirirsə, demək ki, yaşananlara da dəyər.
Bu dünyaya gələn hər bir insan qismətinə düşən ömür payını yaşayır, yaradır, yaşlanır. Amma yaşa dolduqca kamilləşmək, müdrikləşmək hər kəsə nəsib olmur...
Kamillik, müdriklik özü bir Tanrı vergisidir ki, Tanrı onu sevdiyi, seçdiyi bəndələrinə ərməğan edər, öz ilahi nurundan ona pay verər. Ədalət müəllim məhz belə insanlardandır. Üzünün nuru sözlərinə tökülən, yaxşılıqlara körpü salan, xalqının –insanlığın haqq səsi olmağı bacaran, şərəfli ömrünü fədakarlıqla millətinə, dövlətinə, məmləkətinə həsr edən vətəndaş ziyalı…
İnsanların həyatına, ömür yoluna nəzər salanda bəzən adama elə gəlir ki, sanki hamı eyni bir ömrü yaşayır. Sanki adamlar bir-birinin yaşamını təkrarlayır. Amma elə insanlar var ki, onların ömrü bənzərsiz bir təcrübə, əvəzsiz bir nümunə olur - insanlıq, fədakarlıq, zəhmətsevərlik, sadəlik, alicənablıq, nəciblik, saflıq, səmimilik, şərəf və ləyaqət nümunəsi... Ədalət müəllim Vəliyev məhz o insanlardandır...
 Azərbaycanımızın çiçəklənməsi yolunda, dövlətimizin, dövlətçiliyimizin, mədəniyyətimizin tərəqqisi yolunda  ümumrespublika miqyasında gördüyü bir-birindən gözəl işlərlə, atdığı bütün addımlarıyla ümummilli liderimiz, ulu öndər Heydər Əliyevin başladığı yola sədaqətini və mənəvi varisliyini zəhmətiylə ərsəyə gətirdiyi işlərlə sərgiləyən, işlədiyi bütün sahələrdə cəmiyyətimizin ictimai həyatında əlindən gələni böyük ürəklə, milli təəssübkeşlik hissi və yüksək zəhmətsevərliklə həyata keçirməsi Ədalət Müəllimin vətəndaş ləyaqətindən, aydın ziyalı mövqeyindən, fədakar xarakterindən, mərdanəliyindən, yorulmaz əməyindən, zəhmətkeşliyindən və ən əsası yüksək İnsanlığından xəbər verir.
Bu gün alnının təri, istirahətsiz ömrünün bəhrəsi və xəmiri halallıqdan yoğrulmuş əllərinin yorulmaz əməyiylə addım-addım ucalan Ədalət Müəllimin şərəfli ömrünün müdriklik zirvəsindən yaşadıqlarını kitab kimi vərəqlədikcə bu şərəfli ömür yolunun biz gənclər üçün və bütövlükdə cəmiyyətimiz üçün nə qədər dəyərli nümunə olduğunun şahidi oluruq – vicdan, ləyaqət, dürüstlük, sadəlik, səmimilik, təvazökarlıq, ailəcanlılıq, gözəl əxlaq, böyüyə hörmət, uşağa məhəbbət, dosta sədaqət, ziyalılıq və ən əsası İNSANLIQ nümunəsi…
Qələminin yazdığı hər bir əsər, ərsəyə gətirdiyi  hər bir kitab da elə bu böyük İnsanın özü kimi mənəvi işığa körpü olmaq üçün hesablanıb sanki. 
Bəli, Ədalət müəllim Yol salmaqda – Yol olmaqda ilahidən görəvlənmiş bir İnsandır...
Dünyada yollar çoxdur. Bu yolların ən çətini, həm də ən şərəflisi, ən müqəddəsi insanların qəlbinə gedən yoldur. Ədalət müəllim elmi-bədii-publisistik yaradıcılığı və çalışdığı bütün sektorlarda yüksək xidmətləri, dərin düşüncəsi, sadəliyi və səmimiyyəti ilə bu yola həmişə  inamla, ürəklə çıxıb. 
Ədalət müəllimin yaradıcı adam kimi uğuru da məhz bundadır. Əslində, adlar, titullar, mükafatlar, təltiflər – hamısından daha ucada dayanan bir məqam -   insanların qəlbinə gedən yoldur… Önəmli olan oxucun olaraq səni oxuyan, düşüncələrini öz həyatı üçün örnək götürən insanların qəlbinə gedən yolu tapmaq, oxucuya istədiyini verməyə çalışmaqdır ki, Ədalət müəllim bu ədəbi məsuliyyətin də öhdəsindən bütün yaradıcılığı boyu şərəflə gəlməkdədir.
Dəyərli professorun "Əqidə, Ruh və Teatr", "Azərbaycan milli teatr prosesinin çağdaş təşkilatlanma problemləri", "Teatr sənətimiz: dünən, bu gün, sabah" kitabları təkcə sənətşünaslar, mədəniyyət sahəsində çalışanlar üçün deyil, mütaliə üçün zəngin material verən bu qiymətli tədqiqatlar mədəniyyat tariximizə nəzər salarkən hər birimiz üçün əhəmiyyətli mənbədir.
Bugünə qədər saysız mükafatlara layiq görülən Ədalət Müəllimin ən böyük uğuru da məhz gördüyü gözəl işlərlə insanların qəlbinə gedən yolu fəth etməsindədir.
Bu həyatda təkcə təmiz adını yox, əmək kitabçasının belə ləyaqətini qorumağı bacarmaq o qədər də asan iş deyil. Təkcə özünün, sözünün üzağlığını deyil, əmək kitabçasının belə ləyaqətini qorumağı bacaran Ədalət müəllim çalışdığı bütün kollektivlərdə hər kəsə nümunə ömrüylə sadəliyin və səmimiyyətin böyüklüyünü öz şəxsində bütövləşdirməyə nail olub. Ədalət müəllimin, sözün bütün mənalarında, şərəfli ömür yolu bizim hamımız üçün, bütövlükdə türk gəncliyi üçün dəyərli bir nümunədir. Ədalət Müəllim mükəmməl Əqidə və Ruh Adamıdır.
Yaradıcılığın mayəsində insanın daxili mahiyyəti, şəxsiyyəti dayanır. Şəxsiyyətində, xarakterində yarımçıqlıq olan adam heç vaxt böyük ədəbiyyat yarada bilməz. Bu mənada, Ədalət müəllim şəxsiyyəti və yaradıcılığı bir – birini tamamlayan, Sözü kimi bütöv insandır.
Bu dünyada vicdanına qəlbən sadiqliyin, yüksək ziyalı təfəkkürün, zəhmətkeş əllərin, gözəl əməllərin, sadəliyin, səmimiyyətin, təmiz sözün, fədakar ürəyin və ən əsası gördüyün işlərdə şəffaflığın, dürüstlüyün qalxdığı və qaldırdığı məqamdan daha böyük Ucalıq yoxdu...Tanrı bu Ucalığı Ədalət müəllim Vəliyevin yaşadığı ömür kimi tərtəmiz alnına yazıb, həm də gözəl hüsn-xətlə yazıb.
Böyük maarifçi Həsən bəy Zərdabi yazırdı ki, "Maarifdən və ziyalıdan uzaq bir xalq işıqdan məhrumdur"
Nə mutlu bizə ki, Ədalət müəllim kimi ziyalılarımızın daxili dünyasının işığı hesabına əqidəmiz formalaşır, ruhumuz, düşüncəmiz aydınlanır. Nə mutlu bizə ki, kitablarından,  müsahibələrindən faydalandığımız, alim kimi sözündən, ictimai xadim kimi sərgilədiyi duruşundan alicənablıq, kübarlıq və əzəmət öyrəndiyimiz Ədalət müəllim kimi ziyalılarımız var Yolumuzun başında. Nə yaxşı ki Var!...
Bu gün dəyərli ziyalımızın qardaş Türkiyənin ehtişamlı bir elm ocağının - Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru seçilməsi, Elmlər Akademiyasının Rəyasət heyətinin Elmi Şurasının qərarı ilə Ədalət Müəllimin "Beynəlxalq qızıl medal"a layiq görülməsi bizi ürəkdən sevindirdi. Şərəflə yaşadığı 65 illik ömrünün baharını ürəkdən salamlayır və layiq görüldüyü fəxri elmi ad münasibətilə çox hörmətli professoru təbrik edir, Ona sağlam və bərəkətli ömür arzu edirəm!

Dərin hörmət və ehtiramla: 
Xəyalə Əfəndiyeva
Filologiya üzrə fəlsəfə doktoru


 

Reklam

FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum