Dr. Heyale ZERRABKIZI

Dr. Heyale ZERRABKIZI

[email protected]

Ganire Paşayeva'nın ardından

25 Eylül 2024 - 10:38

Tük Dünyasının Asenası Ganire Paşayeva'yı kaybettik! – Belhaber.be
Gecələr bilgisayarın başında yorulanda pəncərəni açar, yuxuya güc gəlmək üçün bir az Ayı, Göy üzünü seyr edərdim. Və bir də Onun pəncərəsinə baxardım... Çünki bilirdim ki, adəti üzrə həmişə işığı yanılı... Sübhə qədər işləyəcək Əziz Bacımız... Beləcə otaqlarımız, yazı masalarımız və könüllərimiz arasında mübhəm bir işıq seli doğmalığı yaranmışdı...
Bir ildi ki, evi də, otağı da, yazı masası da o işığın sahibinə həsrətdi...
Bir ildi ki, mən o səmtə baxa bilmirəm...baxmağa ürəyim gəlmir...
Ən sevdiyi bir şərqi vardı: Gülyanaq xanımın ifasında "Mən bu ömrü elə belə yaşadım..."
Onu hər dinləyəndə gözləri dolardı...
İndi elə bilirəm ki, yorğun gecələrimə həmdəm olan İşığını aramaq üçün onun pəncərəsinə tərəf boylansam, o ev bir hüzünlü nəğməyə dönəcək yaddaşımda... Adam bəzən elə hisslər yaşayır ki, lüğətdə o yaşantıları ifadə etmək üçün söz tapa bilmirsən... İzaholunmaz bir duyğudu...
Pəncərəmə düşən İşıq!... bilsən necə darıxmışam!...
Sənin məndəki yerin
gedə bilmədiyim yer kimi
içimdən qopmayan yoxuşdu.
Havada yaz,
sənin yerində qışdı,
qardı,
yağışdı.
Sənin məndəki yerin
həsrətlə dolu,
acıyla dolu.
Qəm yükündən sərxoşdu.
Mən boyda boşluqda
bir gerçək yerdi günəşsiz,
bir doğru xəbərdi sənsiz,
o qədər gerçək ki...
Qarın altında bir quş kimi üşüyür
sənin məndəki yerin.
Sənin məndəki yerin ayrıdı...
Yaşamadıqlarımızın yaşantısıdı...
***

Geceleri bilgisayar başında yorulunca pencereyi açar Ay ve Gökyüzünü seyrederim biraz uyku gücü gelsin diye. Ve tekrar penceresinden bakardım.. Çünkü biliyordum ki ışığın her zaman geleneklerle yanlış olduğunu... Sabaha kadar çalışacak Sevgili Ablamız... Böylece odalarımız, masalarımız ve gönüllerimiz arasında bir ışık seli oluştu..
Bir yıldır evi, odası, yazı masası o ışığın sahibine hasret kaldı...
Bir yıl olmuş gökyüzünü izleyemiyorum... Seyretmek istemiyorum...
Çok sevdiği bir şarkısı vardı: Gülyanag hanımın ifasında "Ben bu hayatı böyle yaşadım... "
Ne zaman dinlesem gözleri dolardı...
Şimdi düşünüyorum da, yorgun gecelerime eşlik eden Işığını bulmak için penceresine yaslansam, o ev hüzünlü bir şarkıya dönüşecek hafızamda.. Bazen insan öyle duygular yaşar ki, o duyguları sözlükte ifade edecek kelimeler bulamazsın... Açıklanamayan bir duygu...
Pencereme düşen ışık!... seni ne kadar özlediğimi bir bilsen!...
Sen bana aitsin
gidemeyeceğim bir yer gibi
bu içimde kırılamayan bir isyan.
Havada yaz var,
Senin evinde kış,
kar
Yağmur vardı.
Sen bana aitsin
özlem dolu,
acıyla dolu.
Kederin yüküyle sarhoş.
Boy aralığında ben
Güneşsiz gerçek bir yer,
Sensiz gerçek bir haber,
o kadar doğru ki...
Kar altında kuş gibi üşüyorum
sen benim içimdeki bir yerin.
Bende özel bir yerin var...
Yaşamadığımız şeylerin hayatta kalmasıdır...

Reklam
Reklam

FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum