Cevahir TANRIVERDİ

Cevahir TANRIVERDİ

[email protected]

SƏN EY BU VƏTƏNİN ASLAN QADINI

25 Eylül 2023 - 13:57 - Güncelleme: 25 Eylül 2023 - 14:11

SƏN EY BU VƏTƏNİN ASLAN QADINI
Bir 1 kişi, eşarp ve atkı görseli olabilir
(Qənirə xanım Paşayevaya dərin sevgilərlə)

Sən ey bu vətənin aslan qadını,
Sənə bu vətəndə varlıq yaraşır.
Vətənlə tay tutduq uca adını,
Məğrur duruşuna şadlıq yaraşır.
Sənə bu vətəndə varlıq yaraşır.

Qələbə çıxışı duyaq səsinlə,
Biz də nəfəs alaq şad nəfəsinlə.
Gənclik bir yol alsın sənin izinlə,
Bu yerdə ümidlə xəyal qarışır:
Sənə bu vətəndə varlıq yaraşır.

Sən ki bu torpağın Tomris qızısan,
Vətənçün alışan dan ulduzusan.
Ellərə səs salan bahar, yazısan.
Səninlə çağlayan çaylar yarışır,
Sənə bu vətəndə varlıq yaraşır.

Nə qədər ümidlər sənə boylanır,
Bu torpaq eşqinlə alışıb yanır.
Adın qəlbimizdə dualardadır.
Sözünün odundan dünya alışır,
Sənə bu vətəndə varlıq yaraşır.

Haqqın yox bizləri sənsiz qoymağa,
Sükuta qərq edib səssiz qoymağa.
Dünyaya yol alan izsiz qoymağa.
Kədərin qoruna qəlblər alışır,
Sənə bu vətəndə varlıq yaraşır!

Əl açmışıq sənə, ulu Yaradan,
Gəl bizi hifz eylə qada – bəladan.
Yoxluqdan, qıtlıqdan, şər və cəfadan.
Vətənə vülqarın, adın yaraşır.
Sənə bu vətəndə varlıq yaraşır!

25 sentyabr. 2023
Cəvahir Tanrıverdi

 

FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum