14 Ekim 2023 - 10:25 - Güncelleme: 14 Ekim 2023 - 21:29
BAŞLANGIÇ
Cəvahir Tanrıverdi
POEMA
ARSLAN XATUN
BAŞLANĞIC
Bu dünyanın tarixində Bu dünyanın özü boyda İz qoyan qadınlar olub. Bu dünyanın tarixində Bu dünyanın sözü boyda Söz qoyan qadınlar olub. Əl gəzdirib Bu dünyanın gərdişinə. İnsanlığın Lap ən uca məqamını Hüsnündə daşıyan olub. Öz ruhunda, öz cismində, Canında daşıyan olub. Köksündə vuran ürəyi Lap bu dünya boyda olan, Məhəbbəti, ləyaqəti, Şərafəti Daş – qaşlardan üstün tutan Qəhrəman qadınlar olub. Bax bu torpaqda cücərib Tomris də, Selcan xatun da, Nigar da, Sara xatun da.
Bu dünyanın sələfləri Əl gəzdirib Bu dünyanın gərdişinə. O çarəsiz həyatların dərdlərinə İlmə salan qadınlar var. Özgələrin kədərinə Kədəri tək yananlar var. Yetiminə ana olan, Kimsəsizə övlad olan, Bacı olan, qardaş olan Qadınlar var.
VƏTƏN BOYDA NƏFƏS
Yenə düşün ayı, günü, Otur düşün öz ömrünü. O kölgəndə kölgələnən, Səndən nur alıb dirçələn Nə qədər insana yandın. Naəlaca ümid oldun. Yoxmudur heç böylə bir can? Vardır əlbət! Ürəyini, sevgisini, Diqqətini, nəfəsini, Elə bütün həvəsini Vətəninə həsr eyləyən, O ürəklə, O nəfəslə Vətənində Vətən olan Vardır əlbət. Baharın lap ilk çağında 75-in mart ayında Güldü bu dünyaya bir üz. Gəldi vətən boyda nəfəs. Qənirə adlandırdılar Yenicə açmış çiçəyi. Ürəklərdə arzu – dilək Ümid açdı çiçək –çiçək. Azərbaycan torpağının Qədim oğuz yurdu Tovuz Oldu ona ilk addımın başlanğıcı. O böyüdü, Böyüdükcə Bu torpağın havasından, Bu torpağın nəfəsindən, Alovundan, suyundan İlhamlanıb sinəsində Vətən üçün, millət üçün Vətən boyda, millət boyda Döyünən ürək böyütdü. Böyüdükcə yol aldı o Biliyə, bilgiyə sarı. Düşüncəsi vətən oldu, Əməlləri elmə sarı. Bir zaman gəlib çatdı ki, Tələbə adı qazandı. Tibb elminə qədəm qoyub Söylədi “Hippokrat andı”. Ürəyini məlhəm etdi Yurdunun hər xəstəsinə. Bir yaralı quş da görsə, Çəkdi o an sinəsinə. Ancaq həyatın yolları Bəzən coşqun dəniz kimi Dalğalanır ... Dalğalandıqca bu dəniz Aparır bizləri hara? Səs salırıq bu dünyaya.
JURNALİST
Qənirə - gül üzlü sona, Yetmədi həkimlik ona. Düşündü ki, bu vətənə O can qoysun hər addımda, Hər nəfəsdə, hər anında. Dinmədi ürəyin odu, Dincəlmədi o bircə an. Bir gün eşitdi açılıb Televiziya kanalı. O böyük bir sevgi ilə Yollandı böyük binaya. Yenilik gətirdi o an Ömrün həyat yollarına. Əlinə mikrofon alıb Xalqın dərdindən danışdı, Xalq üçün yanıb – alışdı. Cəbhə bölgəsində durdu, Gah da düz səngər içində. Əsgərlə çiyin – çiyinə Tanrıya pənah apardı, Ürəyi sevgi içində. “Elin gözü tərəzidir.” O tanındı hər addımda, Tanındıqca sevildi o. Ürəklərə məlhəm oldu, Düşmənlərə sitəm oldu. Qənirə durmadı bir an. Düşmən gəlsə də üstünə, Gizlənməz heç zaman aslan. Qorxaqlığı ölüm bilər, Ölüm bilər gizlənməyi. Atılar lap önə doğru, Seçər cəsarətli yolu. Bu cəsarət çox səs saldı, Səsi rəhbərə də çatdı. Dahi rəhbər, siyasətçi, Öndər Heydər Əliyev də Cürətinə heyran olub Ona yüksək dəyər verdi: “Məharətlidir”, - söylədi.
MİLLƏTİN VƏKİLİ
Dözülməz olsa da yollar, Cəsarət güclü saxlayar Ürəkdən yaşayanları. Bərkə-boşa düşən insan Qorxmaz bir an Yıxılmaqdan, büdrəməkdən. Qorxmaz bir an Bu dünyada çətinlikdən. Ən çətin yollarda belə, Lap qayada, dağda belə, Enişlərdə, yoxuşlarda, Gözlənilməz darda belə Cəsarətli qalib gələr. Qənirənin bir adı da Cəsarətdi. Millətinin hüququnu Qorumaqçün alışırdı. Elm, təhsil, nə lazımsa, Öz yoluna baş vururdu. Başlandı bir gün yeni yol, Yenidən tələbə oldu. “Beynəlxalq hüquq” oxudu. Dayanmadan, usanmadan Addım – addım irəlilədi. Nə dayandı, nə dincəldi. Allah, sən bu məmləkətə Vətən boyda ürək verdin. Bu ürəyi öz köksündə Cəsarət ilə daşıyan Dayaq verdin, dirək verdin. Gecə - gündüz dayanmadı, Bitirdi təhsili yüksək. Baş qoydu yolda cəsarət, Yandı xalqa ürək – ürək. Həm həkim, həm hüquqşünas, Həm də türkə vətən oldu. Millət onu vəkil seçdi, Millətinə vəkil oldu. Hər an alovlu çıxışlar- O nələrdən söz açmadı? Kükrədi hər çıxışında, Boz qurddu hər baxışında. Türk qızı türk doğulmuşdu Qanınacan, ruhunacan. Əsgər oldu səngərlərdə, Qorxmadı yad qəlpəsindən. Yaralandı, dayanmadı, Çəkilmədi məskənindən. Düşmən top atdı yanına, Dəydi qəlpələr qoluna. Ancaq yenə dik dayandı. O hər an xalqa hayandı. O bu vətənə hayandı. Səsi haralardan gəldi? Düz Avropa Şurasından. Qarı düşmən hiyləsini Səsləndirdi qaydasınca. Dinlədi bütün Avropa Cəsarətli çıxışları. İzah etdi xeyri, şəri.
Qalmadı bir işdən geri. Mədəniyyət, incəsənət, Ədəbiyyat Ləçək –ləçək çiçəklədi, Vərəq – vərəq dilə gəldi Qənirənin diqqətində. Hər sahədə yaradıcı, Hər sahədə ucaldandı. Şeir də yazardı hərdən, Bəzəyərdi ürək sözü Kitabları. Alışardı ürək közü , Bir də sevgi qarışınca bu alova Dayandırmaq olardımı Cəsarətli Qənirəni? Şeirləri ürək sözü: “Daha o qız deyiləm, Ağrı və göz yaşlarıyla Böyüyən qadınam.”, - dedi. Nə qədər ağrı yaşadı, Biz bilmədik, Bildirmədi. Hər an möhkəm, Hər an dimdik gördük onu. Yorulmadı Dalğalarla döyüşməkdən. Bəlkə, biz belə düşündük. Yoruldu da. Ancaq, ancaq Bircə addım da atmadı Dayandığı yerdən geri. Daim və daim irəli. Öz ayağı üstdə duran Qadınları vəsf eylədi, Daima çəkdi irəli. O həm vəkil, Həm jurnalist, Həm də həkim. O qorudu ən sadə vətəndaşı da. Qanad gərdi hər bir cana, Susan şəhid atasına, Bir bütöv Azərbaycana.
ERMƏNİ VƏKİLLƏ DEYİŞMƏ
Tribuna önündə də, Səngərdə də dayanmadan Sinə gərdi o düşmənə. O qorxmadı erməniyə söz deməkdən. Haqqını tələb etməkdən. Bir gün qardaş Türkiyədə Verilişə qonaq oldu. Qonaqdı bir erməni də. O, erməni vəkil ilə Bir səhnədə oturmuşdu. Erməni vəkili belə Susdurdu o Qılınc kimi kəlmələrlə: “Xocalını kim törətdi? Hansı qoşun kömək etdi?” Erməni : “bilmirəm, - dedi.” “Sən bilmirsən, Mən söyləyim. Rusiya kömək eylədi. Kilsələrə yığıldınız, Pul yığdınız əsgər üçün. Kimdi sizə dəstək verən?” Erməni dedi: “Bilmirəm.” “Sən yaxşı bilirsən bunu, Başdan sonadək oyunu. Rusiyaydı dəstək olan. Pul toplayıb insanları Məhv etdiniz. Zəbt etdiniz torpaqları.” Susdu, bir anlıq erməni , Sonra rişxəndlə söylədi: “Biz oradan çəkilmərik, Çıxmarıq o torpaqlardan.” Qənirə coşdu yenidən, Az qalırdı o hirsindən Qalxıb etsin lap ordaca Ermənini parça-parça. Ancaq hirsini boğaraq, Qətiyyətlə bir söz dedi: “Çəkilmərik söyləyirsən? Çəkdirərik!” Erməni vəkil gördü ki, Söz çatdırmaq olmur ona. Kələklə bir fikir dedi: “İstəsəniz, bərabərcə yaşayalım. Lap dost kimi, yoldaş kimi.” “Gördük dostluğunuzu da. Söylə görüm bircə sual, Çıxarsızmı Qarabağdan? Sizin olmayan torpaqdan?” Cavab yoxdur. Susdu vəkil. Yenə dindi türk gözəli: “Daha yoxdur rus birliyi, Nə sovet var sizə dayaq, Bizi dustaq saxlayacaq. Bitdi artıq o zamanlar, Erməni geri addımlar. Azərbaycan yaralıdır, Ancaq yenə ayaqdadır. Çıxmazsınız, çıxararıq, Çox az qaldı, o torpaqdan.” “Söylə bir, nə qədər qaldı?” “Çox az qaldı, lap azca. Elə çıxararıq sizi, Kəsərik hənirtinizi.” Erməni istehza ilə Gülümsəyərək söylədi: “Ey türk qızı, söylə nə vaxt Çıxarırsınız bizləri? Söylə, bilim zamanını.”- Kinayəli gülüş: “Ermənistana gedim mən?” “Get, köməyin lazım olar.”- Cavab verdi türk gözəli, Davam etdi: “İsa sizə söyləmədi İnsanları öldürməyi. Amma siz öldürənlərə Haqq verdiniz dönə - dönə. Bizim dinimiz də elə, Öldürün demədi bizə. Əgər elə söyləsəydi, Qalmazdınız yer üzündə, Çoxdan silərdik sizi biz. Qalmazdı sizdən bircə iz.”- Nöqtəsini belə vurdu, belə dedi Qurd baxışlı, şir ürəkli, Kəskin sözlü türk gözəli. Susdu, baxdı heyrət ilə Erməni türk gözəlinə. Səhnədəcə məğlub idi, Qorxu düşdü ürəyinə.
HƏKİM VƏKİL
Bir gün düşdü yad ellərə. Afrikanın susuz, xəstə, Ac yaşayan, Bu dünyadan kam almayan, Dünyada naçar yaşayan İnsanların sorağına Düşdü belə. İnsandı o, Ayırmadı səni, məni, Ayırmadı ağ, qaranı. Bir – bir baxdı xəstələrə, Əlac qıldı dərdlərinə. Nə lazımdır? Bir göstəriş bəs eylədi. Təkcə dərdlərə əlac yox, Ürəyindən sevgi verdi. Qucaq açdı körpələrə. Diqqət saçdı, ilgi verdi. Anasıza ana oldu. Övladsıza övlad oldu. Ürək oldu, nəfəs oldu, Susqun baxışda səs oldu. Bir cahanda min can oldu. Dərd əlində qalanlara Yanan oldu. Bu dünyaya bir gəlmişdi, Yüz ildə bir, Min ildə bir gələnlərdən, Tanrıya seçilənlərdən Biri oldu.
FACEBOOK YORUMLAR